Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polis əməkdaşına silahlı müqavimət göstərən narkokuryer xidməti silahdan açılan atəş nəticəsində saxlanılıb

05.05.2022

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində transmilli mütəşəkkil cinayətkar qrupun üzvləri saxlanılıblar.
Belə ki, Baş İdarəyə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş külli miqdarda narkotik vasitəni 2 nəfərin satmaq məqsədi ilə əldə etdiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxslərin saxlanılması istiqamətində Baş İdarənin əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbiri hazırlanaraq həyata keçirilib. Onlardan biri əvvəllər də narkotiklərin qanunsuz dövriyyyəsi ilə məşğul olduğu üçün məhkum edilmiş Vüqar Cəfərov polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onun əlindəki bağlamaya baxış zamanı ümumilikdə 32 kiloqram, o cümlədən 22 kiloqram marixuana, 4 kiloqram heroin, 6 kiloqram psixotrop maddə metamfetamin və 1600 ədəd metadon həbi aşkar edilib. Vüqar Cəfərovla narkotik vasitələrin qanunsuz dövriyyəsində əlbir olan Rövşən Qasımov saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək idarə etdiyi “Opel” markalı avtomobillə qaçmağa cəhd göstərsə də polislər buna imkan verməyib. Polisə tabe olmayan həmin şəxs üzərində olan odlu silahla polis əməkdaşlarına atəş açaraq onların həyat və sağlamlığına böyük təhlükə yaradıb. Polislər xidməti silahdan havaya xəbərdarlıq atəşi açaraq Rövşən Qasımovdan könüllü təslim olmasını tələb ediblər. Buna baxmayaraq həmin şəxs müqaviməti davam etdirdiyindən və yenidən qaçmağa cəhd göstərdiyindən o, xidməti silahdan açılan atəş nəticəsində saxlanılıb. Rövşən Qasımova ilkin tibbi yardım edilib və o, xəstəxanaya yerləşdirilib. Ondan 1 ədəd “Makarov” marakalı tapança, patronlar, patron darağı, 500 qram metamfetamin, narkotik vasitələrin satışı zamanı pul dövriyyəsində istifadə olunan plastik kartlar və elektron tərəzi aşkar edilərək götürülüb. 
  Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər qaçaqmalçılıq yolu ilə Asiya ölkələrindən gətirilən narkotik vasitələri Azərbaycan ərazisindən tranzit zona kimi istifadə edərək Avropaya daşımağa çalışıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

05.05.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 72 cinayətin üstü “isti izlər”lə açılmışdır 05.05.2022
  • Tovuz rayonunun Əyyublu kənd sakini 36 yaşlı Bəxtiyar Əkbərovu öldürməkdə şübhəli bilinən T.Hüseynov tutularaq istintaqa təhvil verilmişdir 05.05.2022
  • Oğurluq etdiyinə görə tutulmuş T.Baloğlanovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha iki evdən oğurluq etdiyi də müəyyən olunmuşdur 05.05.2022
  • Oğurluq törətməkdə şübhəli bilinərək saxlanılmış Bakı şəhər sakini V.Qəniyevin və Gəncə şəhər sakini H.Nəcəfovin törətdikləri digər cinayət əməlləri də müəyyən edilmişdir 05.05.2022
  • Masallı rayon sakini A.Talıbovun idarə etdiyi avtomobilə baxış zamanı oradan 10 kiloqram 20 qram heroin aşkar edilərək götürülmüşdür 05.05.2022
  • Bakı şəhər sakini M.Alxazovdan 1 kiloqram 170 qram heroin aşkar edilərək götürülmüşdür 05.05.2022
  • Kultivasiya yolu ilə yetişdirilmiş 52 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür 05.05.2022
  • Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi 05.05.2022
  • Şəmkir rayonunun Zəyəm Cırdaxan kənd sakini F.Dostuyevin evinə baxış zamanı oradan yivli tüfəng aşkar edilərək götürülmüşdür 05.05.2022
  • Polis əməkdaşına silahlı müqavimət göstərən narkokuryer xidməti silahdan açılan atəş nəticəsində saxlanılıb 05.05.2022
  • Sumqayıt şəhərində narkotik vasitənin təsiri altında avtomobil idarə edən və yol polisinin qanuni saxlama əmrinə tabe olmayan sürücü saxlanılıb 05.05.2022