Nərimanov rayonu ərazisindəki sexlərin birindən 6000 manat dəyərində əlvan metal oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Ağayev müəyyən edilərək saxlanılmışdır
03.05.2022Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə mayın 1-nə keçən gecə rayon ərazisindəki sexlərin birindən 6000 manat dəyərində əlvan metalın oğurlanması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizaməddin Ağayev müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.