Abşeron rayonunun Saray qəsəbəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini T.Baloğlanov saxlanılmışdır
29.04.2022Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Saray qəsəbəsindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları, samovar və təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş T.Baloğlanov saxlanılmışdır. Araşdırma aparılır.