Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayonunun Qaraxuçur qəsəbəsindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən R.İsmayılov müəyyən edilərək qəsəbə ərazisində avtomobillə birlikdə saxlanılmışdır

23.04.2022

Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə aprelin 23-nə keçən gecə Qaraxuçur qəsəbəsindən H.Hətəmlinin “Mercedes” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olmuşdur. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.İsmayılov müəyyən edilərək qəsəbə ərazisində avtomobillə birlikdə saxlanılmışdır.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

23.04.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 83 cinayətin üstü “isti izlər”lə açılmışdır 23.04.2022
  • Suraxanı rayonunun Qaraxuçur qəsəbəsindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən R.İsmayılov müəyyən edilərək qəsəbə ərazisində avtomobillə birlikdə saxlanılmışdır 23.04.2022
  • Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində “Toyota” markalı avtomobili beton yol ayırıcısına çırpılmışdır 23.04.2022
  • Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisində “VAZ-2107” markalı avtomobillə Hacıqabul rayon sakini A.Hüseynov vurulmuşdur 23.04.2022
  • Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində 5 evdən su sayğaclarını oğurlamaqda şübhəli bilinən A.Hüseynli saxlanılmışdır 23.04.2022
  • Astara rayonunun Şiyəkəran kənd sakini S.Rzayevin evindən silah-sursat və heroin aşkar edilərək götürülmüşdür 23.04.2022
  • Ağdaş rayonunun Yuxarı Ləki kənd sakini E.Mirzəyevə məxsus həyətyanı sahədən 11 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür 23.04.2022
  • Nərimanov rayonunda 10 evdən su sayğacı oğurlayan və narkotik vasitlərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar 23.04.2022
  • Xəzər rayonunda narkotiklərin satışı, yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxlayan, həmçinin hədə-qorxu ilə tələb etmə və çoxsaylı oğurluq cinayətləri edən mütəşəkkil dəstənin üzvləri saxlanılıblar 23.04.2022