Narkotik vasitələrin satışında şübhəli olan Ağcabədi rayon sakinləri Elçin və Elnur Məmmədovlar və Qubadlı rayon sakini P.Məhərrəmov saxlanılmışlar
20.04.2022Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin satışında şübhəli olan Ağcabədi rayon sakinləri Elçin və Elnur Məmmədovlar və Qubadlı rayon sakini P.Məhərrəmov saxlanılmışlar. P.Məhərrəmovun idarə etdiyi “Ford-Transit” markalı avtomobilə baxış zamanı oradan ümumilikdə 34 kiloqram 715 qram narkotik vasitə və 600 ədəd təsiredici həb (17 kiloqram 650 qram heroin, 6 kiloqram 315 qram metamfetamin, 10 kiloqram 750 qram marixuana və 600 ədəd metadon həbi) aşkar edilərək götürülmüşdür.