Şəmkir rayon sakini Ə.İsmayılova qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən rayon sakini İ.Rzayev müəyyən edilərək saxlanılmışdır
19.04.2022Şəmkir Rayon Polis Şöbəsinə aprelin 19-da Dəllər qəsəbəsi ərazisində bir nəfərin qəsəbə sakini Ə.İsmayılova zor tətbiq edərək 190 manat pulunu, bank kartını və şəxsiyyət vəsiqəsini alması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş İ.Rzayev müəyyən edilərək saxlanılmışdır.
Şəmkir RPŞ-də araşdırma aparılır.