İsmayıllı rayonunun Lahıc qəsəbəsi ərazisində yerləşən “Misgərlik” mağazasından 9200 manat dəyərində və bir evdən 420 manat dəyərində mis qabları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
19.04.2022İsmayıllı Rayon Polis Şöbəsinə aprelin 18-nə keçən gecə Lahıc qəsəbəsi ərazisində yerləşən “Misgərlik” mağazasından 9200 manat dəyərində və bir evdən 420 manat dəyərində mis qabların oğurlanması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Murad Abdullayev və qardaşı, Bakı şəhər sakini Timur müəyyən edilərək saxlanılmışlar. Araşdırma aparılır.