Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xəzər rayonu Binə qəsəbəsində 7 evdən oğurluq edən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

18.04.2022

Xəzər rayonu Binə qəsəbəsində yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib. Zərərçəkən Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək evdən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Binə qəsəbəsində yaşayan T. Baradov qısa zamanda saxlanılıb. Polis Şöbəsində araşdırma aparılan zaman onun Binə qəsəbəsində əlavə olaraq 6 evdən oğurluq etdiyi müəyyən edilib. 
3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı Binə qəsəbəsində narkotik vasitələrin satışını həyata keçirən şəxslər saxlanılıblar.
Belə ki, əməliyyat zamanı paytaxt sakini Ruslan Melnik tutulyb. Onun üzərindən 1 büküm narkotik vasitə olan heroin aşkar edilib. Həmin şəxs ifadəsində narkotik vasitələri Binə qəsəbəsində Zahir və Mahmud adlı şəxslərdən aldığını bildirib. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı Binədə narkotiklərin satışı ilə məşğul olan Zahir Əmralıyev və Mahmud Dəmirçiyev tutulublar. Onların üzərindən və yaşadıqları evlərdən ükülli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilib. 
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq tədbirləri davam etdirilir. 

18.04.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 55 cinayətin üstü “isti izlər”lə açılmışdır 18.04.2022
  • Şəmkir rayonunun Seyfəli kəndi ərazisində avtomobil hərəkət axınının əksinə sürüldüyü üçün saxlanılmışdır 18.04.2022
  • Samux rayonunun İstixana qəsəbə sakini Elşən Sadıqovu qətlə yetirməkdə şübhəli bilinən H.Qasımov tutularaq istintaqa təhvil verilmişdir 18.04.2022
  • Bakı şəhər sakini Ə.Kərimov və qardaşı oğlu O.Kərimovun qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Füzuli rayon sakini T.Vəliyev müəyyən edilərək saxlanılmışdır 18.04.2022
  • Quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri S.Yunusov, Ə.Abbasov və N.Mikayılov müəyyən edilərək saxlanılmışlar 18.04.2022
  • Yevlax şəhəri ərazisində yol-nəqliyyat hadisəsi 18.04.2022
  • Oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini E.Hüseynzadə saxlanılmışdır 18.04.2022
  • Quldurluq etməkdə şübhəli bilinən İmişli rayon sakini A.Alıkişiyev və Səngəçal qəsəbə sakini İ.Məmmədova müəyyən edilərək saxlanılmışlar 18.04.2022
  • Oğurluq etməkdə şübhəli bilinən Bərdə rayon sakini S.Hacızadə müəyyən edilərək saxlanılmışdır 18.04.2022
  • Soyğunçuluq etməkdə şübhəli bilinən Siyəzən rayon sakini E.Əfəndiyev müəyyən edilərək saxlanılmışdır 18.04.2022
  • Bakı şəhər sakini A.Həbibovdan nömrəsi silinmiş revolver tapança, 1 ədəd patron və boş gilizi aşkar edilərək götürülmüşdür 18.04.2022
  • Gəncə şəhər sakini E.Nuruyevdən 258 qramdan artıq heroin götürülmüşdür 18.04.2022
  • Xəzər rayonu Binə qəsəbəsində 7 evdən oğurluq edən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar 18.04.2022
  • Nərimanov rayonunda gözəllik salonu və gül mağazasından dəyəri 9 min manat olan 5 ədəd mobil telefon oğurlayan şəxs saxlanılıb 18.04.2022
  • Kartdan pul çıxarmaq üçün onlardan kömək istəyən təqaüdçülərin pulunu oğurlayan şəxslər saxlanılıblar 18.04.2022