Oğurluqda şübhəli bilinən Neftçala şəhər sakini C.Bağırov saxlanılmışdır
15.04.2022Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 3165 manat dəyərində 2 ədəd çilçıraq, 1 ədəd su qızdırıcısı, 1 ədəd su mühərriki, 2 ədəd qaz sobası, 1 ədəd elektrik sobası, qab-qacaq və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Neftçala şəhər sakini, əvvəllər məhkum olunmuş C.Bağırov saxlanılmışdır.