Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Əliyev müəyyən edilərək saxlanılmışdır
13.04.2022Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə aprelin 13-də saat 7 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini N.Abdullayevin idarə etdiyi “Daewoo” markalı avtomobildə olan sərnişininin onu bıçaqla hədələyib 40 manat pulunu talaması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Əliyev müəyyən edilərək saxlanılmışdır.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.