Göyçay şəhəri ərazisindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən S.Rüstəmov saxlanılmışdır
08.04.2022Göyçay Rayon Polis Şöbəsinə aprelin 8-də saat 21 radələrində şəhər ərazisindən N.Mahmudova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin rayon sakini S.Rüstəmov tərəfindən qaçırılması və Potu kəndi ərazisində idarə edilərkən aşırılması müəyyən olunmuşdur. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən S.Rüstəmov saxlanılmışdır.
Araşdırma aparılır.