Sumqayıt şəhərinin Köhnə Corat qəsəbəsində yaşayan M.Mirzəbabazadə tüfəngdən açdığı atəşlə bacısı R.Məmmədovaya xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılmışdır
07.04.2022Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə aprelin 7-də Köhnə Corat qəsəbəsində yaşayan M.Mirzəbabazadənin evinin həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə bacısı R.Məmmədovaya xəsarət yetirməsi barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Mirzəbabazadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. Ondan cinayəti törədərkən istifadə etdiyi qeydiyyatda olmayan, nömrəsi silinmiş “TOZ-34EP” markalı tüfəng götürülmüşdür.