Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Yunusov və T.Quliyev saxlanılmışlar
06.04.2022Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 4 evdən məişət əşyaları, naqil, televizor, 2 ədəd velosiped, təmir-tikinti alətləri və tikinti materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Yunusov və əvvəllər məhkum olunmuş T.Quliyev saxlanılmışlar.