Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayonunda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb

01.04.2022

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı rayon ərazisində avtobuslarda cibgirliklə məşğul olan şəxs saxlanılıb. Tədbir nəticəsində əvvəllər də eyni cinayətlər etdiyi üçün dəfələrlə məhkum edilmiş paytaxt sakini Konstantin Qneuşev tutulub. Aparılan araşdırmalar zamanı onun Suraxanı rayonu ərazisində hərəkət edən avtobuslarda əsasən qadın sərnişinlərin əl çantalarını və mobil telefonlarını oğurladığı məlum olub. 
Faktlarla bağlı 32-ci Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis orqanına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.         

01.04.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 54 cinayətin üstü “isti izlər”lə açılmışdır 01.04.2022
  • Lənkəran şəhər sakini R.Ağazadədən 42 qram heroin götürülmüşdür 01.04.2022
  • Astara sakini E.Əliyevin yaşadığı evə baxış zamanı 3 kiloqram 150 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür 01.04.2022
  • Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb  01.04.2022
  • Mənzillərin birindən 8600 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini S.Qurbanova müəyyən edilərək saxlanılmışdır 01.04.2022
  • Moped oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini K.Bayramlı mopedlə birlikdə saxlanılmışdır 01.04.2022
  • Oğurluqda şübhəli bilinən Yardımlı rayon sakini R.Alışanov və Gədəbəy rayon sakini B.Nağızadə saxlanılmışlar 01.04.2022
  • Oğurluq etməkdə şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini E.Ağayev müəyyən edilərək saxlanılmışdır 01.04.2022
  • Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Nəsirli müəyyən edilərək saxlanılmışdır 01.04.2022
  • 4 həyətdən su sayğacları oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini R.Abdullayev saxlanılmışdır 01.04.2022
  • Şirvan şəhər sakini A.Qafarovdan lüləsi və qundağı kəsilmiş tüfəng və 100 ədəd patron aşkar edilərək götürülmüşdür 01.04.2022
  • Polis Nəsimi rayonunda narkotik maddələr və odlu silah-sursat satmaq istəyən, həmçinin oğurluq edən şəxslərə qarşı silsilə əməliyyatlar keçirib 01.04.2022
  • Suraxanı rayonunda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb 01.04.2022