Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Ə.Adıgözəlov və qardaşı U.Adıgözəlov müəyyən edilərək saxlanılmışlar

30.03.2022

Nizami (Gəncə) Rayon Polis İdarəsinə marşrut avtobusunda şəhər sakini olan qadın sərnişinin cibindən mobil telefonunun oğurlanması barədə müraciət daxil olmuşdur. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə.Adıgözəlov və qardaşı U.Adıgözəlov müəyyən edilərək saxlanılmışlar. 
Ə.Adıgözəlovdan “TOZ-8” markalı nömrəsi silinmiş ov tüfəngi götürülmüşdür. 
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların şəhər ərazisində marşrut avtobusunda daha bir qadının mobil telefonunu, digər bir qadının isə cibindən mobil telefonunu, həmçinin bir evin həyhətindən su mühərriki, rezin və dəmir borular, dəmir künclüklər, digər bir evdən isə təmir-tikinti alətləri oğurlaması da müəyyən olunmuşdur.
Araşdırma aparılır. 

30.03.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 73 cinayətin üstü “isti izlər”lə açılmışdır 30.03.2022
  • Gün ərzində törədilmiş 73 cinayətin üstü “isti izlər”lə açılmışdır 30.03.2022
  • Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakinləri K.Hacıyev və R.Quliyev avtomobillə birgə saxlanılmışlar 30.03.2022
  • Binəqədi rayonu Kənar dairəvi yolda qəza hadisəsi 30.03.2022
  • Oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Ə.Adıgözəlov və qardaşı U.Adıgözəlov müəyyən edilərək saxlanılmışlar 30.03.2022
  • Kürdəmir rayonunun Şüşün kənd sakini E.Sadıqovdan narkotik vasitələr və nömrəsi silinmiş ov tüfəngi aşkar edilərək götürülmüşdür 30.03.2022
  • Xızı rayonunun Sitalçay kənd sakini H.Heybətovdan avtomat silahı, 2 ədəd patron darağı və 27 ədəd patron götürülmüşdür 30.03.2022
  • Oğurluqda şübhəli bilinən Şəmkir rayon sakinləri N.Mirzəli və E.Bəhramlı saxlanılmışlar 30.03.2022
  • Yevlax şəhər sakini E.Qurbanovun yardımçı təsərrüfatına baxış zamanı 645 qram heroin və 149 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür 30.03.2022