Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində törədilmiş 51 cinayətin üstü “isti izlər”lə açılmışdır

29.03.2022

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 51 cinayətin üstü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 75 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 3 nəfər xəsarət almışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılmışdır.

29.03.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 51 cinayətin üstü “isti izlər”lə açılmışdır 29.03.2022
  • Binəqədi rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Kəlbiyev saxlanılmışdır 29.03.2022
  • Qaradağ rayonu ərazisindəki şirkətlərdən birinin həyətindən elektrik kabeli oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar 29.03.2022
  • Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisindəki evlərdən birinin həyətindən 12.000 manat dəyərində tikinti avadanlığını oğurlamaqda şübhəli bilinən Ə.Əliyev saxlanılmışdır 29.03.2022
  • Xəzər rayonu ərazisindəki həyətlərin birindən oğurluq etməkdə şübhəli bilinən Laçın rayon sakini R.Qasımov saxlanılmışdır 29.03.2022
  • Sabunçu rayonu ərazisində saxlanılan Bakı şəhər sakini R.Hüseynovdan marixuana götürülmüşdür 29.03.2022
  • Suraxanı rayonu ərazisindəki 3 evdən oğurluq etməkdə şübhəli bilinən Balakən rayon sakini R.Abdullayev saxlanılmışdır 29.03.2022
  • Salyan rayonunun Kərimbəyli kəndi ərazisindəki evlərdən birinin həyətindən dəmir boru və lövhələr oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar 29.03.2022
  • Kürdəmir rayonunun Pirili və Sor-Sor kəndlərində dörd nəfərə məxsus ümumilikdə 47 baş qoyun və 8 ev quşunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar 29.03.2022
  • Ağstafa rayonunun Köçəsgər kəndi ərazisində “Mercedes” markalı mikroavtobus və “Volvo” markalı yük avtomobili toqquşmuşdur 29.03.2022
  • Nəsimi rayonu ərazisində “Zontes” markalı motosikletlə piyada vurulmuşdur 29.03.2022
  • Hövsanda bağındakı istixanada narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb 29.03.2022
  • Nəsimi rayonunda körpə qızı ilə dilənçilik edən qadın saxlanılıb 29.03.2022