Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hövsanda bağındakı istixanada narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

29.03.2022

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində əvvəllər də narkotiklərin satışı ilə məşğul olduğu üçün dəfələrlə məhkum edilmiş Mahir Rəfiyev saxlanılıb. Onun Hövsan qəsəbəsində həyətindəki istixanadan xüsusi olaraq əkib-becərdiyi yaş halda  çəkisi 10 kiloqram olan 51 ədəd çətənə kolu və satmaq üçün kibrit qutularında qablaşdırdığı çəkisi 2 kiloqram olan marixuana aşkar edilib.Mahir Rəfiyev narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkib-becərdiyini bildirib.  
Faktla bağlı saxlanılan şəxs barəsində 30-cu Polis Şöbəsində toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinə göndərilib. Mahir Rəfiyevin ətrafında əməliyyat tədbirləri davam etdirilir.

29.03.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 51 cinayətin üstü “isti izlər”lə açılmışdır 29.03.2022
  • Binəqədi rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Kəlbiyev saxlanılmışdır 29.03.2022
  • Qaradağ rayonu ərazisindəki şirkətlərdən birinin həyətindən elektrik kabeli oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar 29.03.2022
  • Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisindəki evlərdən birinin həyətindən 12.000 manat dəyərində tikinti avadanlığını oğurlamaqda şübhəli bilinən Ə.Əliyev saxlanılmışdır 29.03.2022
  • Xəzər rayonu ərazisindəki həyətlərin birindən oğurluq etməkdə şübhəli bilinən Laçın rayon sakini R.Qasımov saxlanılmışdır 29.03.2022
  • Sabunçu rayonu ərazisində saxlanılan Bakı şəhər sakini R.Hüseynovdan marixuana götürülmüşdür 29.03.2022
  • Suraxanı rayonu ərazisindəki 3 evdən oğurluq etməkdə şübhəli bilinən Balakən rayon sakini R.Abdullayev saxlanılmışdır 29.03.2022
  • Salyan rayonunun Kərimbəyli kəndi ərazisindəki evlərdən birinin həyətindən dəmir boru və lövhələr oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar 29.03.2022
  • Kürdəmir rayonunun Pirili və Sor-Sor kəndlərində dörd nəfərə məxsus ümumilikdə 47 baş qoyun və 8 ev quşunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar 29.03.2022
  • Ağstafa rayonunun Köçəsgər kəndi ərazisində “Mercedes” markalı mikroavtobus və “Volvo” markalı yük avtomobili toqquşmuşdur 29.03.2022
  • Nəsimi rayonu ərazisində “Zontes” markalı motosikletlə piyada vurulmuşdur 29.03.2022
  • Hövsanda bağındakı istixanada narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb 29.03.2022
  • Nəsimi rayonunda körpə qızı ilə dilənçilik edən qadın saxlanılıb 29.03.2022