Paytaxtın Nərimanov rayonu ərazisində idarə etdiyi avtomobillə Sabirabad rayon sakini R.Nəsirovu vurmuş Bakı şəhər sakini A.Bağırov saxlanılmışdır
28.03.2022Martın 28-də saat 5 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yolu keçən Sabirabad rayon sakini Rauf Nəsirov “Toyota” markalı avtomobillə vurulmuş və nəticədə hadisə yerində ölmüşdür.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətmiş həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini A.Bağırov müəyyən edilərək saxlanılmışdır.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.