Goranboy rayon sakini Əfsanə Məmmədovanı idarə etdiyi avtomobillə qəsdən vurmuş və daha sonra bıçaqla ona xəsarət yetirmiş həyat yoldaşı M.Süleymanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir
24.03.2022Goranboy Rayon Polis Şöbəsinə martın 24-də saat 14 radələrində rayon sakini, 37 yaşlı Əfsanə Məmmədovanın öldürülməsi barədə məlumat daxil olmuşdur.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Araşdırmalarla müəyyən olunmuşdur ki, Dəliməmmədli şəhəri ərazisində Qızılhacılı qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Süleymanov idarə etdiyi “Land Rover” markalı avtomobillə ailə münaqişəsi zəminində həyat yoldaşı Əfsanəni qəsdən vurmuş və daha sonra bıçaqla ona xəsarət yetirmişdir.
Qadın xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılmışdır.
Əməliyyat-axtarış tədbirləri nəticəsində M.Süleymanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.