Bakı şəhər sakini E.Mehdiyevə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən Yevlax rayon sakini P.Abdullayeva saxlanılmışdır
22.03.2022DİN-in “102 Zəng Mərkəzi”nə zəng edən Bakı şəhər sakini E.Mehdiyev paytaxtın Nəsimi rayonu ərazisində bir nəfərin zor tətbiq edərək onun 250 ABŞ dollarını almasını bildirmişdir.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş P.Abdullayeva müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.