Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılmışdır

21.03.2022

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüşdür.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılmışdır.

21.03.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılmışdır 21.03.2022
  • Binəqədi rayonunun 9-cu mikrorayon ərazisindəki 13 binanın liftlərindən elektrik naqillərini və müxtəlif texniki avadanlıqlarını sökərək oğurlamaqda şübhəli bilinən S.Rzayev saxlanılmışdır 21.03.2022
  • Beyləqan şəhər sakini N.Səfərovdan qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür 21.03.2022
  • Əvvəllər məhkum olunmuş A.Əliyevin Beyləqan rayonunun Mil qəsəbəsindəki evindən silah-sursat aşkar edilərək götürülmüşdür 21.03.2022
  • Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində “MAN”, “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşmuşdur 21.03.2022
  • Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində “BMW” markalı avtomobil maneəyə çırpılmışdır 21.03.2022
  • Nəsimi rayonu ərazisində “Toyota” markalı avtomobillə moped toqquşmuşdur 21.03.2022
  • Abşeron rayonunun Atyalı qəsəbəsi ərazisində “Khazar” markalı avtomobillə piyada vurulmuşdur 21.03.2022
  • Abşeron və Yasamal rayonlarında qadın sürücülərə qarşı quıdurluq edən şəxs saxlanılıb 21.03.2022