Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində törədilmiş 39 cinayətin üstü “isti izlər”lə açılmışdır

20.03.2022

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 39 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 5 nəfər xəsarət almışdır.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılmışdır.

20.03.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 39 cinayətin üstü “isti izlər”lə açılmışdır 20.03.2022
  • Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi 20.03.2022
  • Şəmkir rayonunun Könüllü kəndi ərazisində yol-nəqliyyat hadisəsi 20.03.2022
  • Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində yol-nəqliyyat hadisəsi 20.03.2022
  • Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi 20.03.2022
  • 3 evdən ümumilikdə 2720 manat dəyərində naqil və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini C.Əliyev saxlanılmışdır 20.03.2022
  • Oğurluqda şübhəli bilinən paytaxt sakini Ü.Cavadov saxlanılmışdır 20.03.2022
  • Nəqliyyat vasitəsini yandırmaqda şübhəli bilinən Şəki rayon sakinləri R.Süleymanov və qardaşı R.Süleymanov müəyyən edilərək saxlanılmışlar 20.03.2022
  • Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayonunun Sarıcəfərli kənd sakini N.Rəhimov və Kəlbəhüseyinli kənd sakini A.Təhməzov saxlanılmışdır 20.03.2022
  • Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd sakini Y.Məmişovun yaşadığı evə baxış zamanı qanunsuz saxladığı ov tüfəngi və 19 ədəd patron aşkar edilərək götürülmüşdür 20.03.2022
  • Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax şəhər sakini R.Cəfərovun yaşadığı evə baxış zamanı oradan 102 qramdan artıq heroin və 199 qrama yaxın marixuana aşkar edilərk götürülmüşdür 20.03.2022
  • Odlu silahdan atəş açaraq Şəmkir rayon sakini X.Süleymanovun ayaq nahiyəsinə xəsarət yetirməkdə şübhəli bilinən Y.Məhərrəmov saxlanılmış, ondan “İJ” markalı ov tüfəngi götürülmüşdür 20.03.2022