Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayonunun Sarıcəfərli kənd sakini N.Rəhimov və Kəlbəhüseyinli kənd sakini A.Təhməzov saxlanılmışdır
20.03.2022Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sarıcəfərli kənd sakini N.Rəhimov və Kəlbəhüseyinli kənd sakini A.Təhməzov saxlanılmışdır. Şəxsi axtarışlar zamanı onlardan 9 kiloqram 195 qram heroin, 3 kiloqram 640 qram tiryək və 6 kiloqram 530 qram marixuana aşkar edilərək götürülmüşdür.