Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qadın sürücülərə qarşı quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini R.Quliyev müəyyən edilərək saxlanılmışdır

18.03.2022

DİN-in “102 Zəng Mərkəzi”nə martın 17-də Xırdalan şəhəri ərazisində Masazır qəsəbə sakini olan qadının idarə etdiyi “Toyota” markalı avtomobilə oturmuş bir nəfərin onu boğaraq mobil telefonunu almağa cəhd göstərməsi, lakin müqavimətlə rastlaşdığından hadisə yerini tərk etməsi barədə müraciət daxil olmuşdur. 
Dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.  
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər də quldurluğa və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş R.Quliyev müəyyən edilərək saxlanılmışdır. 
Ətrafında aparılan tədbirlərlə onun martın 11-də Yasamal rayonu ərazisində Sumqayıt şəhər sakini olan digər bir qadının idarə etdiyi “Hyundai” markalı avtomobilə oturub bıçaqla hədələyərək quldurluq yolu ilə avtomobilini ələ keçirməsi də müəyyən olunmuşdur.
Polis əməkdaşları tərəfindən həmin avtomobil martın 12-də M.Xiyabani küçəsində qapısı əzilmiş və yan güzgüsü sınmış vəziyyətdə tapılmışdır.
Araşdırma aparılır.

18.03.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 69 cinayətin üstü “isti izlər”lə açılmışdır 18.03.2022
  • 2017-ci il yanvar ayının 28-də Ağsu şəhər sakini Ayşən Qəhrəmanovanın öldürülməsi ilə əlaqədar üç nəfər şübhəli şəxs qismində saxlanılmışlar 18.03.2022
  • Qadın sürücülərə qarşı quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini R.Quliyev müəyyən edilərək saxlanılmışdır 18.03.2022
  • Bakı şəhər sakini R.Əhmədxanovu döyərək pulunu almaqda şübhəli bilinən Sumqayıt şəhər sakini E.Şahverənov müəyyən edilərək saxlanılmışdır 18.03.2022
  • Şəmkir rayonu ərazisində Xuluf kənd sakini A.Orucludan lüləsi və qundağı kəsilmiş silah götürülmüşdür 18.03.2022
  • F.Teymurovdan tapança və ləvazimatları götürülmüşdür 18.03.2022
  • Bakı şəhər sakini Y.Abdullayev nömrəsi silinmiş silah və ləvazimatlarını könüllü olaraq polisə təhvil vermişdir 18.03.2022
  • Oğurluq etdiklərinə görə tutulmuş S.Əhmədovun və R.Səfərovun daha 10 evdən qaz sobalarını oğurlamaları müəyyən edilmişdir 18.03.2022
  • Paytaxtın Yeni Günəşli qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Orucova qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən R.Məmmədov müəyyən edilərək saxlanılmışdır 18.03.2022
  • Nizami rayonu ərazisində iki evdən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar 18.03.2022
  • Suraxanı rayonu ərazisində bir evdən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ş.Rəsulov saxlanılmışdır 18.03.2022
  • Şəmkir rayonu ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar 18.03.2022
  • Qusar rayonu ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Zeynalov saxlanılmışdır 18.03.2022
  • Şəki şəhər sakini R.İsmayılovun evindən narkotik vasitələr aşkar edilərək götürülmüşdür 18.03.2022
  • Sabunçu rayonunda sanitar-karantin qaydalarına əməl etməyən şəxslərə qarşı reyd keçirilib, 36 nəfər cərimələnib 18.03.2022
  • Hökməli qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar 18.03.2022