Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonunda sanitar-karantin qaydalarına əməl etməyən şəxslərə qarşı reyd keçirilib, 36 nəfər cərimələnib

18.03.2022

Son dövrlər koronavirus infeksiyasının yayılmasının qarşının alınması istiqamətində dövlətimiz tərəfindən aparılan mübarizə tədbirlərinin nəticəsi olaraq yoluxma sayında ciddi azalmalar müşahidə olunur. Buna baxmayaraq əldə olunan müsbət dinamikanın qorunub saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən qapalı məkanlar və ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı nəzarət-profilaktik tədbirlər davam etdirilir. Növbəti belə tədbir Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Yol polisləri onları ictimai nəqliyyatda olan zaman maskalardan istifadə etməyin zəruriliyi barədə bir daha məlumatlandırıblar. Profilaktik tədbir zamanı tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb. Yoxlamalar nəticəsində taksi fəaliyyəti ilə məşğul olan buna baxmayaraq tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb. Tərbir zamanı  sanitar-karantin qaydalarına əməl etməyən 36 şəxs barəsində inzibati protokol tərtib edilib.   
Qeyd edək ki, Sabunçu rayonu ərazisində sanitar-karantin qaydalarına əməl olunmasına nəzarətin təmin olunması məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq polis əməkdaşları tərəfindən həyata keçiriləcək.

18.03.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 69 cinayətin üstü “isti izlər”lə açılmışdır 18.03.2022
  • 2017-ci il yanvar ayının 28-də Ağsu şəhər sakini Ayşən Qəhrəmanovanın öldürülməsi ilə əlaqədar üç nəfər şübhəli şəxs qismində saxlanılmışlar 18.03.2022
  • Qadın sürücülərə qarşı quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini R.Quliyev müəyyən edilərək saxlanılmışdır 18.03.2022
  • Bakı şəhər sakini R.Əhmədxanovu döyərək pulunu almaqda şübhəli bilinən Sumqayıt şəhər sakini E.Şahverənov müəyyən edilərək saxlanılmışdır 18.03.2022
  • Şəmkir rayonu ərazisində Xuluf kənd sakini A.Orucludan lüləsi və qundağı kəsilmiş silah götürülmüşdür 18.03.2022
  • F.Teymurovdan tapança və ləvazimatları götürülmüşdür 18.03.2022
  • Bakı şəhər sakini Y.Abdullayev nömrəsi silinmiş silah və ləvazimatlarını könüllü olaraq polisə təhvil vermişdir 18.03.2022
  • Oğurluq etdiklərinə görə tutulmuş S.Əhmədovun və R.Səfərovun daha 10 evdən qaz sobalarını oğurlamaları müəyyən edilmişdir 18.03.2022
  • Paytaxtın Yeni Günəşli qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Orucova qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən R.Məmmədov müəyyən edilərək saxlanılmışdır 18.03.2022
  • Nizami rayonu ərazisində iki evdən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar 18.03.2022
  • Suraxanı rayonu ərazisində bir evdən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ş.Rəsulov saxlanılmışdır 18.03.2022
  • Şəmkir rayonu ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar 18.03.2022
  • Qusar rayonu ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Zeynalov saxlanılmışdır 18.03.2022
  • Şəki şəhər sakini R.İsmayılovun evindən narkotik vasitələr aşkar edilərək götürülmüşdür 18.03.2022
  • Sabunçu rayonunda sanitar-karantin qaydalarına əməl etməyən şəxslərə qarşı reyd keçirilib, 36 nəfər cərimələnib 18.03.2022
  • Hökməli qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar 18.03.2022