Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
17.03.2022Martın 16-da saat 15 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini H.İbrahimli idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakinləri E.Abbasovanı və qızı Fatiməni vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş Fatimə orada ölmüşdür.
Xəzər RPİ-də araşdırma aparılır.