Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıtda avtobus dayanacaqlarının şüşələrinə müxtəlif işarələr yazan iki azyaşlı olub

17.03.2022

Sumqayıt Şəhər Polis İdarəsinə şəhər sakinlərindən avtobus dayanacaqlarında şəhərin estetik görünüşünə xələl gətirən, anlaşılmayan müxtəlif işarələrin yazılması barədə müraciətlər daxil olub.  Şəhər  Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən  tədbir zamanı dayanacaqların şüşələrinə işarələr yazan şəhər sakinləri yetkinlik yaşına çatmayan U.Salmanov və E.Yusifov (ad soyad şərtidir) müəyyən edilərək valideynlərinin iştirakı ilə Polis İdarəsinə dəvət ediliblər. Onlar valideynlərinin iştirakı ilə dindirilərkən törətdikləri əməli etiraf ediblər. Polis İdarəsində  qeyd edilən əməli törədən azyaşlılarla və onların valideynləri ilə profilaktik söhbətlər aparılıb və bir daha belə hərəkətlərə yol verməməyin vacibliyi onların diqqətinə çatdırılıb.

17.03.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 61 cinayətin üstü “isti izlər”lə açılmışdır 17.03.2022
  • Quldurluq etməkdə şübhəli bilinən Xaçmaz rayonunun Müşkür kənd sakini F.Cəfərov müəyyən edilərək saxlanılmışdır 17.03.2022
  • Maştağa qəsəbə sakini A.Hüseynovdan lüləsi və qundağı kəsilmiş ov tüfəngi götürülmüşdür 17.03.2022
  • N.Nərimanov prospektindəki məişət tullantıları qutusundan nömrəsi silinmiş avtomat silahı və 4 ədəd 7,62 çaplı patron tapılmışdır 17.03.2022
  • Oğurluq etməkdə şübhəli bilinən Qusar rayon sakinləri R.Kərimov, Z.Rüstəmov və oğlu R. Rüstəmov saxlanılmışlar 17.03.2022
  • Oğurluq etməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri R.Məmmədov, E.Bayramov və A.Zeynalov müəyyən edilərək saxlanılmışlar 17.03.2022
  • Avtomobildən 740 manat pul və maqnitofon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini  Ə.Kazımov saxlanılmışdır 17.03.2022
  • Oğurluqda şübhəli bilinən Ağcabədi rayon sakinləri V.Mustafayev və N.Abdullayev saxlanılmışlar 17.03.2022
  • Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi 17.03.2022
  • Sumqayıtda avtobus dayanacaqlarının şüşələrinə müxtəlif işarələr yazan iki azyaşlı olub 17.03.2022
  • Xətai rayonunda narkotiklərin satışı ilə məşğul olan şəxsdən 5 kiloqram heroin aşkar edilib 17.03.2022
  • Binəqədi rayonunda avtomobilin şüşəsini sındıraraq nəqliyyat vasitəsinin salonundan oğurluq edən şəxs saxlanılıb 17.03.2022
  • Xüsusi olaraq hazırlanan yeraltı anbarlarda 104 kiloqram narkotik maddə gizlədən narkotacirlər saxlanılıblar 17.03.2022