Hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən paytaxt sakinləri F.Tağıyev, S.Tağıyev və M.Məmmədov müəyyən edilərək saxlanılmışlar
16.03.2022Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə martın 9-da 3 nəfərin Bakı şəhər sakini Ə.Cəlilovu döyəcəkləri ilə hədələyib 1200 manat borcunu ödəmək üçün mobil telefonunu 1500 manata satdırıb pulunu götürmələri barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən paytaxt sakinləri F.Tağıyev, S.Tağıyev və M.Məmmədov müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.