Şəmkir rayonunun Şiştəpə kənd sakinləri E.Nağıyev və N.Bağıyev saxlanılmışlar
13.03.2022Şəmkir Rayon Polis Şöbəsinə martın 13-də saat 1 radələrində Şiştəpə kəndi ərazisindəki çay evlərinin birində kənd sakinləri N.Bağıyevin və əvvəllər məhkum olunmuşlar - E.Nağıyev və qardaşının xuliqanlıq zəminində biri-birilərini döymələri, E.Nağıyevin ov tüfəngindən açdığı atəşin kənd sakini H.Həsənova məxsus “Mercedes” markalı avtomobilə dəyməsi barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbiri nəticəsində E.Nağıyev və N.Bağıyev saxlanılmışlar. E.Nağıyevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülmüşdür.
Araşdırma aparılır.