Şamaxı şəhəri ərazisindən “Changan” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini A.Abuzərov və Bakı şəhər sakini R.Rüstəmli saxlanılmışlar
10.03.2022Şamaxı RPŞ-yə martın 9-da şəhər ərazisindən şəhər sakini S.Mikayılova məxsus “Changan” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şamaxı şəhər sakini A.Abuzərov və Bakı şəhər sakini R.Rüstəmli müəyyən edilərək saxlanılmışlar. Avtomobil sahibinə təhvil verilmişdir.
Şamaxı RPŞ-də araşdırma aparılır.