Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs azadlığa çıxdıqdan sonra yenidən eyni əməli törətdiyi üçün saxlanılıb

10.03.2022

Paytaxtın Nizami rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər də narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Reza Dolatabadi tutularaq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamanı külli miqdarda - 13 qram narkotik vasitə tiryək və 10 qram psixotrop maddə metamfetamin aşkar edilib. Həmçinin saxlanılan şəxsin mənzilindən metamfetamin qəbul etrmək üçün nəzərdə tutulan kustar üsulla hazırlanan avadanlıqlar da aşkar olunub. Araşdırma nəticəsində müəyyən edilib ki, Reza Dolatabadi narkotik vasitələrin paytaxt ərazisində satışı ilə məşğul olub.
Faktla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Reza Dolatabadinin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

 

10.03.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 68 cinayətin üstü “isti izlər”lə açılmışdır 10.03.2022
  • Sumqayıt şəhər sakini E.Səfərovdan hədə-qorxu ilə pul tələb etməkdə və mobil telefonunu almaqda şübhəli bilinən şəxslər saxlanılmışlar 10.03.2022
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 10.03.2022
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb 10.03.2022
  • Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb 10.03.2022
  • Hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Sumqayıt sakinləri K.Kərimov, F.Rzayev və Z.Dadaşov saxlanılmışlar 10.03.2022
  • Moped oğurlayanlar saxlanılıb 10.03.2022
  • Şamaxı şəhəri ərazisindən “Changan” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini A.Abuzərov və Bakı şəhər sakini R.Rüstəmli saxlanılmışlar 10.03.2022
  • Nərimanov rayonu ərazisində “MAN” markalı avtomobillə Bakı şəhər sakini Z.Ağalarova vurulmuşdur 10.03.2022
  • Balakəndə saxlanılan “Toyota” markalı avtomobildən 1 kiloqramdan artıq heroin, 7 kiloqramdan artıq marixuana və 312 qramdan artıq metamfetamin götürülmüşdür. 10.03.2022
  • Əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs azadlığa çıxdıqdan sonra yenidən eyni əməli törətdiyi üçün saxlanılıb 10.03.2022
  • Xəzər rayonu Qala qəsəbəsində 220 metr telefon-rabitə xəttini kəsərək oğurlayan şəxs saxlanılıb 10.03.2022
  • Pirallahı rayonu Dübəndi bağlarında yeni tikilməkdə olan 10 evdən oğurluq edən şəxslər saxlanılıblar 10.03.2022