Masallı rayon sakini İ.Nəsrullayevdən ümumilikdə 29 qrama yaxın heroin və elektron tərəzi götürülmüşdür
07.03.2022Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakini İ.Nəsrullayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə 26 qramdan artıq heroin və elektron tərəzi götürülmüşdür.