Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

06.03.2022

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 5-də saat 18 radələrində Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Mirheydər Ağayevin idarə etdiyi “Chevrolet” markalı avtomobil Abşeron rayonu ərazisində yerləşən postda saxlanılmışdır. 
Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Həmçinin avtomobildə narkotik vasitə olması müəyyən olunduğundan Abşeron Rayon Polis İdarəsinə təhvil verilmişdir.
Abşeron RPİ-də avtomobilə baxış zamanı oradan 2 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.
Araşdırma aparılır. 

06.03.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 55 cinayətin üstü “isti izlər”lə açılmışdır 06.03.2022
  • Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb 06.03.2022
  • Ağdam rayon sakini O.Aslanovdan narkotik vasitələr aşkar edilərək götürülmüşdür 06.03.2022
  • Tovuz rayon sakini V.Məmmədtağıyevdən 1 kiloqramdan artıq marixuana götürülmüşdür 06.03.2022
  • Qəbələ şəhəri ərazisində yaşayan Aytac Əliyevanı qəsdən öldürməkdə şübhəli bilinən K.Maksumbekova və azyaşlı oğlu tutularaq istintaqa təhvil verilmişlər 06.03.2022
  • Abşeron rayonunun Novxanı kəndi ərazisindən “Mitsubishi” markalı avtomobili qaçıraraq yol-nəqliyyat hadisəsi törətmiş V.Quliyev saxlanılmışdır 06.03.2022
  • Şəmkir rayonu ərazisində rayon sakini E.Məmmədova “BMW” markalı avtomobili qaçırıb idarə edərkən onu xəndəyə salmışdır 06.03.2022
  • Salyan şəhəri ərazisindən “VAZ-21154” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini A.İbrahimov avtomobillə birgə saxlanılmışdır 06.03.2022
  • Paytaxtın Nizami rayonu B.Çobanzadə küçəsində “Volkswagen” markalı avtomobillə paytaxt sakini E.Rəhimov vurulmuşdur 06.03.2022
  • Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində “Lada Granta” markalı avtomobillə 40-45 yaşlı qadın vurulmuşdur 06.03.2022
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 06.03.2022
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb 06.03.2022