Masallı rayon sakinləri Ə.Məmmədovdan 1 kiloqram 2 qram heroin və 20 ədəd metadon həbi və İ.Tağıyevdən 6 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür
03.03.2022Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakinləri Ə.Məmmədov və əvvəllər məhkum olunmuş İ.Tağıyev Lənkəran şəhəri ərazisində saxlanılmışlar. Şəxsi axtarış zamanı İ.Tağıyevdən 6 qrama yaxın metamfetamin, Ə.Məmmədovdan isə 1 kiloqram 2 qram heroin və 20 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür.