Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Masazırda yaşadığı evdə tiryəkxana təşkil edən qadın narkotacir saxlanılıb

04.03.2022

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Masazır qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanlılıb. Əməliyyat zamanı qəsəbə ərazisində yaşayan Dünya Qasımova tutulub. Onun əlində olan çantaya və yaşadığı evə baxış zamanı 1 kiloqram 27 qram nakotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs Masazır qəsəbəsindəki evində narkotik vasitə istifadəçiləri üçün tiryəkxana təşkil edib. Orada Dünya Qasımova narkotik vasitələri satdığı şəxslərə heroin və metamfetamin qəbul etmək üçün şərait yaradıb. 
İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini Sənan Osmanov Xırdalan şəhəri ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı 1 kiloqram marixuana aşkar olunub. Sənan Osmanov ifadəsində narkotik vasitəni satmaq və şəxsi istifadəsi üçün əldə etdiyini bildirib. 
Sonuncu əməliyyatlar zamanı saxlanılan Dünya Qasımova və Sənan Osmanovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

04.03.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 74 cinayətin üstü “isti izlər”lə açılmışdır 04.03.2022
  • Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb  04.03.2022
  • Bakı şəhərində və respublika ərazisində 222 toy şənliyinin monitorinqini həyata keçirib 04.03.2022
  • Bank kartını oğurlamaqda Bakı şəhər sakini F.Nəsirov müəyyən edilərək saxlanılmışdır 04.03.2022
  • Avtomobillərdən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini H.Hətəmli müəyyən edilərək saxlanılmışdır 04.03.2022
  • İmişli rayonunun Qaravəlli kəndi ərazisində yol-nəqliyyat hadisəsi 04.03.2022
  • Yol qəzasını törədərək hadisə yerindən yayınmış Bakı şəhər sakini L.Rüstəmova müəyyən edilərək saxlanılmışdır 04.03.2022
  • Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini T.Bədəlov saxlanılmışdır 04.03.2022
  • Ağdaş şəhər sakini N.Şəfiyevdən ümumilikdə 918 qram marixuana aşkar edilərək götürülmüşdür 04.03.2022
  • Suraxanıda son 1 ayda keçirilən əməliyyatlarda üzərində qanunsuz olaraq odlu silah gəzdirən narkotiklərin satışı ilə məşğul olan, oğurluq, quldurluq və soyğunçuluq cinayətləri edən 75 nəfər saxlanılıb  04.03.2022
  • Masazırda yaşadığı evdə tiryəkxana təşkil edən qadın narkotacir saxlanılıb 04.03.2022