Yevlax rayonunun Duzdağ kəndi ərazisində yol-nəqliyyat hadisəsi
02.03.2022Martın 2-də saat 21 radələrində Yevlax rayonunun Duzdağ kəndi ərazisində Faiq Cəfərov idarə etdiyi “Chevrolet” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilə vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölmüşdür.
Araşdırma aparılır.