Sumqayıt şəhər sakini X.Salmanovun evinə baxış zamanı oradan 69 qramdan artıq heroin, 37 qramdan artıq metamfetamin, 3 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi götürülmüşdür
02.03.2022Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini X.Salmanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 20 qramdan artıq heroin və metamfetamin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 69 qramdan artıq heroin, 37 qramdan artıq metamfetamin, 3 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi götürülmüşdür.