Naməlum şəraitdə mağazaya daxil olmuş Şamaxı rayon sakini A.Mustafayev və Quba rayon sakini S.Mirrəmmədov saxlanılaraq təhvil verilmişlər
02.03.2022Nəsimi Rayon Mühafizə İdarəsinə martın 1-də saat 21.08-də rayon ərazisində yerləşən xüsusi texniki vasitələrlə qorunan mağazaların birindən həyəcan siqnalı daxil olmuşdur.
Dərhal hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən naməlum şəraitdə mağazaya daxil olmuş Şamaxı rayon sakini A.Mustafayev və Quba rayon sakini S.Mirrəmmədov saxlanılaraq Nəsimi RPİ 19-cu Polis Şöbəsinə təhvil verilmişlər.
Araşdırma aparılır.