Gün ərzində törədilmiş 70 cinayətin üstü “isti izlər”lə açılmışdır
02.03.2022Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 70 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 31 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 82 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılmışdır.