Lənkəran şəhər sakinləri E.Həsənli və M.Mirzəyev saxlanılmışlar
27.02.2022Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Həsənli saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir.
Polis əməkdaşları tərəfindən ona narkotik vasitən satmaqda şübhəli bilinən şəhər sakini M.Mirzəyev də müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və elektron tərəzi götürülmüşdür.
Araşdırmalarla E.Həsənlinin müxtəlif vaxtlarda 4 evdən inşaat materialları və təmir-tikinti alətləri, M.Mirzəyevin isə bir avtomobildən içərisində 800 manat pul və 1300 manat dəyərində qızıl-zinət əşyaları olan çanta və 1 evdən plastik qapı oğurlaması da müəyyən edilmişdir.