Suraxanı rayonu ərazisində İ.Cavadova ov tüfəngindən atəş açaraq xəsarət yetirməkdə şübhəli bilinən T.Məmmədov tutularaq istintaqa təhvil verilmişdir
21.02.2022Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə fevralın 21-də saat 18 radələrində İ.Cavadovun güllə yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüşdür.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən T.Məmmədov tutularaq istintaqa təhvil verilmişdir. Ondan “Escort” markalı ov tüfəngi götürülmüşdür.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci maddəsi (adam öldürməyə cəhd) ilə cinayət işi başlanmışdır.