Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakıda özünü kuryer kimi təqdim edərək sovqat gətirdiyini bildirib evlərə oğurluq məqsədi ilə daxil olan şəxs saxlanılıb

22.02.2022

Paytaxtın Nizami rayonunda naməlum şəxs mənzillərdən birinə yaxınlaşıb özünü kuryer kimi təqdim edərək ev sahibinə xaricdən sovqat gətirdiyini bildirib. Daha sonra həmin şəxs sovqatı təqdim etmək üçün sənəd istəyib. Bu zaman zərərçəkənin sənəd dalınca digər otağa keçməsindən istifadə edən naməlum şəxs mənzilin yataq otağından içərisində 2400 manat, eləcə də qızıl-zinət əşyaları olan pul kisəsini oğurlayıb və hadisə yerindən qaçıb. Oxşar məzmunlu şikayətlə daha bir Nizami rayon sakini polisə müraciət edib. İkinci mənzildə qeydə alınan hadisə zamanı isə həmin şəxs ev yiyəsinin 2500 manatını oğurlayıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı həmin hadisələri törətməkdə şübhəli bilinən, paytaxt sakini əvvəllər dəfələrdə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmiş Azad Məmmədov saxlanılıb. O, ifadəsində törətdiyi hadisələri etiraf edib. Faktlarla bağlı 24-cü Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Azad Məmmədov barəsində  məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.
Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

22.02.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 86 cinayətin üstü “isti izlər”lə açılmışdır 22.02.2022
  • Göyçay rayonunun Mırtı kənd sakini Cavanşir Şükürovu öldürməkdə şübhəli bilinən Nicat Əliyev tutularaq istintaqa təhvil verilmişdir 22.02.2022
  • Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi 22.02.2022
  • Ağdam rayon sakini İ.Əhmədovdan 401 qramdan artıq heroin və elektron tərəzi aşkar edilərək götürülmüşdür 22.02.2022
  • İmişli rayonun Buludlu kənd sakini N.Xankişiyevə odlu silahdan açdığı atəşlə xəsarət yetirməkdə şübhəli bilinən X.İbrahimov saxlanılmışdır 22.02.2022
  • Bakı şəhər sakini O.Zərbəliyevdən 4 kiloqram 450 qram heroin və “AKM” markalı avtomat silahı götürülmüşdür 22.02.2022
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 22.02.2022
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb 22.02.2022
  • Bakı şəhərində və respublika ərazisində 240 toy şənliyinin monitorinqi həyata keçirilib 22.02.2022
  • Bakıda özünü kuryer kimi təqdim edərək sovqat gətirdiyini bildirib evlərə oğurluq məqsədi ilə daxil olan şəxs saxlanılıb 22.02.2022