Biləsuvar rayonunun Nəsimikənd kəndi ərazisindən “VAZ-21074” markalı avtomobili qaçırmaqda şübhəli bilinən kənd sakini N.Aşurov avtomobillə birgə saxlanılmışdır
20.02.2022Biləsuvar Rayon Polis Şöbəsinə fevralın 20-də Nəsimikənd kəndi ərazisindən kənd sakini V.Şəbizadəyə məxsus “VAZ-21074” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən kənd sakini N.Aşurov müəyyən edilərək avtomobillə birgə saxlanılmışdır.
Biləsuvar RPŞ-də araşdırma aparılır.