Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Tüfəngdən açdığı atəşlə arvadını öldürən şəxs zərərsizləşdirilərək xəstəxanaya yerləşdirilib

18.02.2022

Şirvan Şəhər Polis Şöbəsinə fevralın 18-də saat 18 radələrində əvvəllər məhkum olunmuş Elnur Abıyevin yaşadığı evdə münaqişə zəminində tüfəngdən açdığı atəşlə arvadı Xəyalə Abıyevaya xəsarət yetirməsi barədə məlumat daxil olmuşdur.  
Yaralı xəstəxanaya yerləşdirilmiş, həkimlərin səylərinə baxmayaraq o, ölmüşdür.
Polis əməkdaşlarının E.Abıyevin tutularaq istintaqa cəlb edilməsi istiqamətində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onun gizləndiyi yer müəyyən edilmişdir. E.Abıyevə silahı təhvil verib təslim olmaq barədə bir neçə dəfə xəbərdarlıq edilmiş, lakin o, bu tələbdən qətiyyətlə imtina edərək polis əməkdaşları istiqamətində bir dəfə atəş açmışdır.
Polis əməkdaşları xidməti silah tətbiq etmək məcburiyyətində qalmış və onun hər iki ayaq nahiyəsinə atəş açılaraq hərəkət etməsinin qarşısı alınmaqla saxlanılmışdır.
Ondan cinayətin aləti olan qanunsuz saxladığı lüləsi kəsilmiş “TOZ-34EP” markalı ov tüfəngi götürülmüş və xəsarət aldığından təcili xəstəxanaya yerləşdirilmişdir. 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsədən adam öldürmə) ilə cinayət işi başlanmışdır. 
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

18.02.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 81 cinayətin üstü “isti izlər”lə açılmışdır 18.02.2022
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb 18.02.2022
  • Bakı şəhərində və respublika ərazisində 160 toy şənliyinin monitorinqi həyata keçirilib 18.02.2022
  • Tüfəngdən açdığı atəşlə arvadını öldürən şəxs zərərsizləşdirilərək xəstəxanaya yerləşdirilib 18.02.2022
  • Ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə həmkəndlisini öldürmüş Şəki rayon sakini P.İsmayılov tutularaq istintaqa təhvil verilmişdir 18.02.2022
  • Suraxanı qəsəbəsində yerləşən şirkətlərdən birində quldurluq törətməkdə şübhəli bilinən P.Abdullayev və C.Abdullayev saxlanılmışlar 18.02.2022
  • Narkotik vasitə ilə tutulmuş T.Cavadovun və Z.Ələkbərovun iki nəfərə qarşı soyğunçuluq əməlini törətmələri də müəyyən edilmişdir 18.02.2022
  • Gəncə şəhər sakini E.Əsgərovdan marixuana və qanunsuz saxladığı tüfəng götürülmüşdür 18.02.2022
  • Salyan rayonunun Şorsulu kəndi ərazisində “QAZel” markalı mikroavtobus qarşıda gedən “KamAZ” markalı avtomobilə çırpılmışdır 18.02.2022
  • Salyan rayonunun Xələc kəndi ərazisində “Kia” markalı avtomobil qarşıda gedən “KamAZ” markalı avtomobilə çırpılmışdır 18.02.2022