Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində “VAZ-2102” markalı avtomobillə qəsəbə sakini M.Mustafayeva vurulmuşdur
17.02.2022Fevralın 17-də saat 21 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini A.Səfərov idarə etdiyi “VAZ-2102” markalı avtomobillə yolu keçən həmyerlisi Mahirə Mustafayevanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Suraxanı RPİ-də araşdırma aparılır.