İşğaldan azad olunmuş ərazilərdən silah-sursat tapılmışdır
16.02.2022Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazidən 1 ədəd “9M 111M” markalı idarəedilən raket, 1 ədəd alışdırıcı, 99 ədəd mərmi, 1 ədəd “PK” markalı (yararsız), 1 ədəd “RPK” markalı pulemyot, 1 ədəd “AK-74” markalı avtomat silahı və 6290 ədəd müxtəlif çaplı patron tapılmışdır.
Füzuli RPŞ-nin əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazidən 10 ədəd “AK-74” markalı, 17 ədəd “AKM” markalı avtomat, 4 ədəd “RPK” markalı, 3 ədəd “PKM” markalı pulemyot, 1 ədəd “RPQ-7V” markalı qumbaraatan, 11 ədəd “RPQ” mərmisi, 3 ədəd qumbara, 4 ədəd patron darağı, 4 ədəd “M-6” markalı partlayıcı və 95 ədəd 30 mm-lik patron tapılmışdır.