Beyləqan rayonu ərazisindəki 1 evdən məişət əşyaları, B.Ağayevə məxsus 2 baş və Q.Süleymanova məxsus 1 baş inəyi oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
14.02.2022Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 1 evdən 420 manat dəyərində məişət əşyaları, B.Ağayevə məxsus 2 baş və Q.Süleymanova məxsus 1 baş inəyi oğurlamaqda şübhəli bilinən Yuxarı Aran qəsəbə sakinləri E.Kərimov və əvvəllər məhkum olunmuşlar - B.Əlizadə və C.Quliyev saxlanılmışlar.