Yasamal rayonunun Yeni Yasamal yaşayış sahəsində yerləşən uşaq bağçalarının birindən 2 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
13.02.2022Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə fevralın 3-də Yeni Yasamal yaşayış sahəsində yerləşən uşaq bağçalarının birindən 2 ədəd noutbukun oğurlanması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri B.Bağırov və C.Qarayev müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.