Oğuz rayonunun Muxas kəndi ərazisində “Renault” markalı avtomobil aşmışdır
13.02.2022Fevralın 13-də saat 15 radələrində Oğuz rayonunun Muxas kəndi ərazisində Şəki rayon sakini Elmar Məmmədov idarə etdiyi “Renault” markalı avtomobili aşırmışdır. Nəticədə E.Məmmədov, sərnişinləri oğlu Eldar, baldızı Xədicə İsmayılova hadisə yerində ölmüş və digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.