Ağdaş rayonunun Cücük kəndindəki evlərin birindən 800 metr naqil oğurlamaqda şübhəli bilinən Q.Abdullayev saxlanılmışdır
13.02.2022Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-dən 12-dək olan müddətdə Cücük kəndindəki evlərin birindən 800 metr naqil oğurlamaqda şübhəli bilinən Ləki qəsəbə sakini Q.Abdullayev saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmışdır.